Ulduz oyunçu “Qalatasaray”a qayıtmaq istəyir

"Qalatasaray"da 3 mövsüm forma geyən ispan futbolçu Albert Riera klubdan ayrıldıqdan sonra ilk dəfə Türkiyə mətbuatına açıqlama verib. Hal-hazırda heç bir komanda da çıxış etməyən Riera Türkiyədə çıxış etdiyi dönəm üçün xoş sözlər səsləndirib: "Qalatasaray" mənim üçün unudulmaz anlar yaşatdı. Kadıköydə qaldırdığımız çempionluq kuboku heç vaxt yadımdan çıxmır. İlk mövsümdə "Fənərbaxça"nın meydançasında çempionluğu qeyd etdik. Qısqanclıqda stadionun işıqlarını söndürdülər. Amma biz bu çempionluğu doyana qədər qeyd etdik. "Qalatasaray" kariyeramdakı ən yaxşı klubdur. Hazırda özümü bu klubun azakeşi kimi hiss edirəm. Klubuma qayıtmaq istəyirəm. Ümid edirəm ki, bir gün oyunçu, məşqçi köməkçisi, yaxud baş məşqçi kimi "Qalatasaray"da olacağıma ümid edirəm". ("Olaylar.az")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31