"Nou Kamp" adını dəyişə bilər
5 Fevral 2015 15:10 İdman"Barselona"nın ev oyunlarını qəbul etdiyi stadionun adı "Camp Nou Qatar Airways" adlana bilər. Trend-in cümə axşamı xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu "Qatar Airways" aviaşirkətinin baş direktoru Əkbər Əli Bakər deyib. Onun sözlərinə görə, bu, klubla yeni müqavilənin şərtlərinə görə baş verə bilər və bu yöndə danışıqlar gedir.
Qeyd edək ki, "Qatar Airways" "Barselona"nın sponsorudur. Klub şirkətdən ildə investisiyanın həcmini 30 milyon avrodan 50 milyon avroya çatdırmağı planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31