Məşhur almaniyalı məşqçi öldü

Məşhur almaniyalı məşqçi Udo Lattek  dünyasını dəyişib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, son zamanlar Parkinson xəstəliyindən əziyyət çəkən U.Lottek 80 yaşında vəfat edib.

Qeyd edək ki, U.Lottek məşqçi karyerası ərzində "Bavariya" (1970-1975, 1983-1987), Münhenqladbax "Borussiya"sı (1975-1979), "Barselona" (1981-1983), "Köln" (1987-1991), "Şalke" (1992-1993), Dortmund "Borussiya"sında (2000) işləyib. Səkkiz   bundesliqa, üç Almaniya kuboku, bir dəfə isə Çempionlar Liqası və UEFA kubokunu qazanan U.Lottek Almaniyanın ən yaxşı məşqçilərindən hesab olunurdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31