Rumıniya nəhənginin 24 xalı silindi
5 Fevral 2015 13:14 İdmanRumıniya Futbol Federasiyası ölkənin birinci liqa təmsilçisi "Kluj"a sərt cəza tətbiq edib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 400 min avro məbləğində borcunu ödəməyi üçün klubun 24 xalı silinib. 34 xalla turnir cədvəlində 2-ci olan komandanın 24 xalı silindikdən sonra onlar sonuncu pilləyə geriləyib. Artıq "Kluj" apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Qeyd edək ki, "Kluj" 2012/2013 mövsümündə Çempionlar Liqasında "Mançester Yunayted"i məğlub etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31