Xames Rodriqesin ayağı qırıldı
5 Fevral 2015 13:05 İdman"Real" ciddi itki ilə üzləşib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İspaniya La Liqasında dünən keçirilən "Sevilya"ya qarşı (2:1) matçda zədələnən Xames Rodriqesin durumunun ciddi olduğu müəyyənləşib. Ayağında qırıq aşkarlanan kolumbiyalı oyunçunun əməliyyat olunacağı açıqlanıb. X.Rodriqesin iki ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, X.Rodriqes qarşılaşmanın 27-ci dəqiqəsində zədələnib və onu Xese Rodriqes əvəzləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31