"Real Madrid"ə pis xəbər

Xames 2 ay oyundan uzaq düşdü

"Real Madrid"ə pis xəbər. Komandanın ulduz oyunçularından biri zədələnib. Anspress-in məlumatına görə, Xames Rodriqez "Sevilla" ilə qarşılaşmada ayağını sındırıb. Komandasını 1-0 hesabı ilə önə çıxaran kolumbiyalı oyunçu 2 ay stadiondan uzaq qalacaq. İspaniyanın nəhəng klublarından biri olan "Real Madrid" rəhbərliyi oyunçunun müalicəsinə başladıqlarını deyib. Rodriqez yaxın günlərdə əməliyyat olacaq.

Qeyd edək ki, oyunçu matçın 27-ci dəqiqəsidə zədələnib. Onu gənc oyunçulardan biri əvəz edib. Eyni matçın 9-cu dəqiqəsində isə Ramos xəsarət alaraq oyundan çıxmalı olub. Daha doğrusu onun əvəlki zədəsində yenidən ağrılar başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31