Qadın güləşçilər Dünya Güləş Birliyinin reytinqində öndədir

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. AGF-dən "OLAYLAR"-a bildirilib ki, qadın güləşçilərin reytinq sıralamasında 5 güləşçimizin adı var. İlk onluqda yer alan 2014-cü il Dünya çempionatının gümüş mükafatçısı Yuliya Ratkeviç (60 kq) və bürünc medalçısı Mariya Stadnik (48 kq) reytinqdəki mövqelərini qoruyublar. Güləşçilərimiz müvafiq olaraq, 2-ci və 4-cü sırada qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31