"Qalatasaray"ın səfərdə darmadağın etdiyinə evdə yazığı gəldi
5 Fevral 2015 10:21 İdmanTürkiyə Kubokunda qrup mərhələsinin son turunun növbəti oyunları keçirilib.Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ikinci matç günündə azarkeşlər daha 9 qarşılaşma izləyiblər.G qrupunda mübarizə aparan "Qalatasaray" doğma azarkeşləri önündə "Balçova Yaşamspor"la üz-üzə gəlib. Səfərdə rəqibinə divan (1:9) tutan "Cim-Bom" bu dəfə aşağı divizion təmsilçisini 3:1 hesabı ilə məğlub edib.Beləliklə, 6 oyundan sonra 12 xal toplayan İstanbul klubu qrupu lider kimi başa vurub. Eyni xala malik olan "Əskişəhərspor" isə 2-ci olub.
Türkiyə Kuboku
Qrup mərhələsi
4 fevral
A qrupu
"Sivasspor" - "Tuzlaspor" - 3:0
Qollar: Yakut, 28, Eneramo, 49, 80
"Qaziantep BB" - "Qaziantepspor" - 1:3
Qollar: Sönməz, 57 - Yılmaz, 48-pen, Leal, 72, Yardımcı, 90+3
B qrupu
"Keçiörengücü" - "Manisaspor" - 1:2
Qollar: Çoban, 25 - Akyel, 53, Kupeli, 57
C qrupu
"Samsunspor" - "Mersin İdmanyurdu" - 1:1
Qollar: Arman, 13 - Pedriel, 90
E qrupu
"Altınordu" - "Kayserispor" - 0:3
Qollar: Bakış, 19, Kurtuluş, 40, Bakış, 53
G qrupu
"Diyarbakır BB" - "Əskişəhərspor" - 1:0
Qol: Çapar, 44
"Qalatasaray" - "Balçova Yaşamspor" - 3:1
Qollar: Öztekin, 33, Aksoy, 60-avtoqol, Pandev, 74 - Say, 13
H qrupu
"Konyaspor" - "Gənclərbirliyi" - 0:0
"Çizrəspor" - "Girəsunspor" - 0:0