Xosep Qvardiola müsəlman ölkəsinin yığmasını çalışdıra bilər
4 Fevral 2015 15:50 İdmanAlmaniyanın "Bavariya" futbol klubunun baş məşqçisi Xosep Qvardiola karyerasını milli komanda səviyyəsində davam etdirə bilər. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Qətər Futbol Federasiyası ispan mütəxəssisi milli komandanın baş məşqçisi vəzifəsində görmək istəyir. X.Qvardiola Qətəri 2022-ci il dünya çempionatına hazırlamalıdır. Mundial Qətərdə keçiriləcək. X.Qvardiola bu ərəb ölkəsində "Bavariya"da qazandığından iki dəfə çox məvacib ala bilər.
Qeyd edək ki, ispan mütəxəssisin "Bavariya" ilə müqaviləsi 2016-cı ilin yayında başa çatır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31