Di Mariya evinə qayıtmağa qorxur
4 Fevral 2015 11:44 İdman"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Anxel di Mariya İngiltərədəki evinə qayıtmağa qorxur. Qol.Az-ın "Mirror"a istinadən verdiyi məlumata görə, buna bir neçə gün öncə argentinalı futbolçunun evinə qarət məqsədilə basqın edilməsi səbəb olub. Bildirilib ki, hələlik şəxsiyyəti müəyyənləşməyən üç nəfər di Mariyanın evinə daxil olmaq istəyib. Bu zaman isə həyəcan sıqnalı işə düşdüyü üçün onlar əliboç qaçmaq məcburiyyətidə qalıblar. Bundan sonra di Mariya evinin təhlükəsizliyini gücləndirmək məqsədilə özəl mühafizə xidmətlərinə müraciət edib. Hələlik futbolçunun ailəsi ilə birgə və mühafizəçilərinin müdafiə altında oteldə qaldıqları bildirilir. Mövcud vəziyyətdən narahat olan di Mariyanın yeni ev axtardığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31