Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Milli Case Yarışı" layihəsi həyata keçirilir
4 Fevral 2015 11:29 İdmanAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində" İctimai Birliyinin " Milli Case Yarışı" layihəsi həyata keçirilir. Layihənin məqsədi gənclərin iqtisadi araşdırma, təhlil və səmərəli düşünmə qabiliyyətlərinin, nəzəri və praktiki biliklərinin və vərdişlərinin inkişaf etdirilməsidir. Bu məqsədilə müxtəlif situasiyalarda iqtisadiyyatın ayrı- ayrı sahələrində böhranlı proseslərin idarə edilməsi və həlli yolları dərindən və detallı araşdırılaraq yeni metodologiylarin üzə çıxarılması qaydaları ilə tanış olunacaq. Gənclərdə analitik düşüncəni formalaşdırmaq və onların nəzəri biliklərinin praktikada tətbiqi mexanizmlərini öyrənmək və əyani həyata keçirtmək məqsədilə Birliyin " Milli Case Yarışı" layihəsi çərçivəsində Enactus tələbələri üçün "Qış Biznes məktəbi"nin keçirilməsi də təşkil olunacaq. Layihə çərçivəsində respublikamızın müxtəlif ali təhsil ocaqlarından tələbələr iştirak edəcəklər, verilən tapşırıqlara əsasən layihələr işləyəcək və yarışa hazırlaşacaqlar. Layihənin proqramına uyğun olaraq iştirak edəcək tələbə gənclərə müxtəlif mövzularda təlimlər keçiriləcək. Layihənin birinci mərhələsində 64 , "Qış Biznes məktəbi"ndə və finalda isə 16 tələbə iştirak edəcəkdir. Layihə çərçivəsində, həmçinin, davamlı inkişafın əsasini təşkil edən iş adamları və biznes liderlərin ali təhsil ocaqları və tələbə gənclərlə əməkdaşlığının qurulması və vacibliyi prioritet olaraq nəzərdə tutulub. Layihə nəticəsində tələbə gənclər araşdırma, təhlil və səmərəli düşünmə qabiliyyətlərinə, yeni münasibətlər qurmaqla komanda halında işləyərək, öyrəndikləri nəzəri bilikləri praktikada tətbiq edə bilmək vərdişlərinə yiyələnəcəklər. Həmçinin gələcək iş təcrübələri üçün faydalı olacaq bu müsabiqə eyni zamada onlar üçün potensial iş yerinə çevrilə biləcək bir mühit də formalaşdıracaqdır.