Ronaldonun qiyməti açıqlandı: 400 milyon avro

Xorxe Mendes meneceri olduğu "Real"ın futbolçusu Kriştiano Ronaldonun təzminat qiymətini açıqlayıb. Trend-in məlumatına görə, o, BBC-yə müsahibəsində portuqaliyalı hücumçunun İngiltərə klublarından birinə mümkün transferi haqda sualı cavablandırıb. Bu zaman qeyd edib ki, Ronaldonu almaq istəyən klub 300 milyon funt-sterlinq (400 milyon avroya yaxın) ödəməlidir: "Real" hansısa bir səbəbə görə Ronaldonu satmağı düşünərsə, onu almaq istəyən klub 300 milyon funt-sterlinqindən keçməlidir ".

Qeyd edək ki, X.Mendes Ronaldodan başqa, Joze Mourinyo, Luis Felipe Skolari, Radamel Falkao, Anxel di Mariya, Xames Rodriqes, David de Xea, Viktor Valdesin də meneceridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31