"Bakı" bəyanat yaydı
2 Fevral 2015 18:53 İdmanAzərbaycan Premyer Liqasının 19-cu turunda keçirilən "Bakı" - "Qəbələ" matçından (0:2) sonra yaşanan xoşagəlməz hadisə ilə bağlı bəyanat yayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qonaqların futbolçusu Cavid Hüseynovla "Bakı" azarkeşləri arasında yaşanan mübahisə ilə bağlı yayılan bəyanatda deyilir: "Azarkeşlər və futbolçular arasında münasibətlərin bu həttə çatması yol verilməzdir və gələcəkdə hər iki tərəfi daha təmkinli olmağa dəvət edirik. Hər birimizin bir məqsədi olmalıdır - Azərbaycan futbolunun inkişafı yolunda sıx birləşmək və əlimizdən gələni əsirgəməmək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31