Kamran Ağayev rəsmən "Kayserispor"da
2 Fevral 2015 18:25 İdmanAzərbaycanın futbol üzrə milli komandasının qolkiperi Kamran Ağayev "Kayserispor" klubu ilə rəsmi müqavilə bağlayıb. Lent.az-ın məlumatına görə, bunu qafqazinfo-ya açıqlamasında "Qəbələ"in sabiq qapıçısı özü deyib: "Hələ ki, 6 aylıq rəsmi müqavilə imzaladım. İnanıram ki, hər şey burda yaxşı olacaq. Özümü sübut edəcəm. "Kayserispor" Türkiyənin köklü klublarındandır. Burda oynamaq təbbi ki, mənim üçün yaxşıdır".
"Adana Dəmirspor" rəsmilərinin Ağayevi ittiham etməsinə futbolçu belə cavab verib: "Bu məsələyə şərh vermək istəmirəm. Artıq yeni komandamı düşünürəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31