Şürlenin yeni klubu

Almaniya və "Çelsi" komandasının hücumçusu Andre Şürle yeni komandaya transfer edilib. Trend-in bazar ertəsi xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, 24 yaşlı futbolçu bundan sonra "Volfsburq"un uğurları üçün çalışacaq. Forvardın yeni klubla müqaviləsinin müddəti 2019-cu ilədəkdir. A.Şürle bir mövsümdə 6 milyon avro maaş alacaq.

Qeyd edək, futbolçu "Çelsi"yə "Bayer"dən keçmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31