İtkin düşən 88 yaşlı kişi axtarılır
9 Mart 20:42 HadisəMartın 8-də Nərimanov rayonu ərazisində altsheymer xəstəliyindən əziyyət çəkən 88 yaşlı Nizam Ədilov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin (012) 566-02-15 və (012) 567-02-02 şəhər nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31