Şahin Şıxlinskiyə 22 il həbs cəzası verdilər
20:06 HadisəYekaterinburq məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbərini qətl və qətlə cəhddə təqsirli bilərək, 22 il həbs cəzasına məhkum edib.
Musavat.com ArbatMedia prtalına istinadla xəbər verir ki, hökm diasporun keçmiş rəhbəri Şahin Şıxlinskiyə qarşı çıxarılıb. Eyni iş üzrə digər təqsirləndirilən şəxslər də təqsirli bilinərək 10 ildən 21 ilə qədər həbs cəzasına məhkum ediliblər.
İş 2001 və 2010-cu illərdə iş adamlarına qarşı baş verən hücumlarla bağlıdır. Münsiflər heyəti əvvəllər təqsirləndirilən şəxsləri 2001-ci ildə Yunus Paşayevin qətlində və 2010-cu ildə Fehruz Şirinovun qətlinə cəhddə təqsirli bilib.
Təqsirləndirilən şəxslərin əksəriyyəti özünü günahkar bilməyib. Yalnız biri, Məzahir Səfərov, qismən özünü günahkar bilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31