İran səfiri Naxçıvana dron hücumu ilə bağlı DANIŞDI
13:23 HadisəNaxçıvan aeroportuna düşən İran PUA-larının sayı ən azı ikidir.
Bu barədə axar.az-a İranın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, "Şahid" PUA-ları olduğu ehtimal edilən dronların Naxçıvan aeroportuna hücum etdiyi, yoxsa təsadüfən düşdüyü haqda heç bir bilgiyə sahib deyillər:
"Xoşbəxtlikdən ciddi xəsarət alan yoxdur. Dronlar ora səhvən düşdüyü, yoxsa hücum etdiyi haqda məlumatımız yoxdur. Bu barədə rəsmi cavab almamışıq".
Xatırladaq ki, bu gün İran PUA-ları Naxçıvan aeroportuna hücum edib. Dronlardan biri hava limanına ziyan verib, digəri isə aeroport yaxınlığındakı məktəbin yaxınlığına düşüb. Nəticədə hava limanı terminalına ziyan dəyib, iki nəfər xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31