İranın Naxçıvan aeroportunu vurması qırmızı xətti keçməkdir- ÖZƏL

"İranın Naxçıvan aeroportunu vurması qırmızı xətti keçməkdir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullayev deyib: " Azərbaycan İrana qarşı hazırkı prosesdə tam təmkinli və neytral qaldı. Amma, İran Azərbaycanı da hədəf alır. Ümid edirik ki, bu, səhvən olub. Azərbaycandan İrana qarşı hərhansı bir təhdid yoxdur. Dövlət başçısı daima bunu İranın nəzərinə çatdırıb. Bundan sonra da Azərbaycan İranla bağlı siyasətində əvvəlki siyasətini davam etdirəcək. Amma, İran Azərbaycani təhdid edərsə, rəsmi Bakının mövqeyi dəyişə bilər. İran rejimi artıq öz süqutunu yaxınlaşdırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31