İmişlidə güclü yanğın başlayıb - VİDEO
21:08 Hadisəİmişli rayonunda güclü yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə İmişli rayonu, Əlyetməzli kəndində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb ediliblər.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Yanğın baş verən əraziyə polis əməkdaşları da cəlb olunublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31