Azərbaycanda güclü zəlzələ oldu: bir neçə rayonda hiss edildi

Şamaxıda ikinci zəlzələ qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 16:05-də 3.3 maqnitudalı daha bir zəlzələ baş verib.

***

Şamaxı rayonunda yerli vaxtla saat 15:52-də 4.7 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31