Bakı çadralı qadınlar market

Fevralın 20-də günorta saatlarına Bakının Keşlə qəsəbəsində soyğun hadisəsi baş verib.

Globalinfo.az-a daxil olan məlumatda deyilir ki, 5-6 qadın qara çadrada, üzlərində niqab Keşlə məscidinin yaxınlığındakı "Al Market" şəbəkəsinə məxsus mağazaya giriblər. Onlar əllərində bıçaq, ülgüc tutaraq kassada işləyən əməkdaşları hədələyib, oradakı pulu götürüblər.

Hadisə şahidlərinin saytımıza verdiyi məlumata görə, soyğunçular Azərbaycan dilində danışıblar, həmçinin aralarında başa düşülməyən başqa dildə də söhbət ediblər. Hadisə şahidləri onu da bildirib ki, marketə basqın edən qadınlar əllərinə pipetli əşya olub, ordan öz ağızlarına maye fısqırdırmışlar.

Bütün soyğun prosesi marketin müşahidə kameraları tərəfindən qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31