"Tarqovu"dakı güclü yanğın bu səbəbdən baş VERİB

Yanğın hadisəsi təxminən iki saat əvvəl baş verib. Qonşularla birlikdə yanğın baş verən binadan vətəndaşların təxliyyəsinə kömək etdik.

Bunu yanğın baş verən ərazidə yaşayan sakin Elşən Abbasov jurnalistlərə açıqlamasında deyib.

"Yanğın binada yaşayan şəxsin səhlənkarlığı səbəbindən baş verib. FHN dərhal hadisəyə müdaxilə etdi. Təxmini 15-20 nəfər təxliyə olunub", - deyə o bildirib.

Qeyd edək ki, paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binası yanır. Yanğının söndürülməsi işləri davam etdirilir. Hadisə nəticəsində bir nəfər xəsarət alıb./Trend.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31