2025-ci il ərzində baş verən yanğınlarda ölənlərin sayı açıqlandı

2024-cü illə müqayisədə ötən il vəfat edənlərin sayında artım, xəsarət alanların sayında isə azalma müşahidə olunub.

Bu barədə cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, 2024-cü ildə vəfat edənlərin sayı 40 nəfər, xəsarət alanların sayı isə 210 nəfər təşkil edib ki, bu, ötən illə müqayisədə vəfat edənlərin sayında 20 faktın artması, xəsarət alanların sayında isə 11 faktın azalması deməkdir.

"2025-ci il ərzində baş vermiş yanğınlar zamanı 60 nəfər həyatını itirib, 199 nəfər isə xəsarət alıb. Vəfat edənlərin 50 nəfəri, yəni 83.3 %-i, xəsarət alanların 161 nəfəri 80.1 %-i yaşayış evlərində baş verən yanğınların payına düşür",- deyə FHN-dən əlavə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31