Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs reanimasiyada öldü

1977-ci il təvəllüdlü Əli Nağıyev 03.02.2026-cı il tarixində saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Bu barədə Respublika Neyrocərrahiyyə Xəstəxanasından məlumat verilib.

Pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün gicgah sümüyünə dəvam edən xətti sınığı, sol təpə gicgah nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması diaqnozları təyin edilib.

Bildirilir ki, sol alın təpə gicgah nahiyədə dekompressiv trepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgah subdural, sol gicgah payının beyindaxili hematomasının xaric edilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 04.02.2026-cı il tarixində 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, vəfat edən şəxs Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31