Binəqədidə dördotaqlı ev yandı

Binəqədidə dördotaqlı ev yanıb.

Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31