“Bağırov” tunelindən keçə bilməyən yük avtomobili qəza törətdi (VİDEO)
12:00 HadisəÖtən gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospekti "Koroğlu" metro stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, ilkin ehtimala görə, yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından "Bağırov" tunelindən keçə bilməyib:
"O, belə vəziyyətdə sağ kənar yola keçmək üçün təhlükəsizlik tədbirləri görmədən geriyə hərəkət edib. Hərəkətdə olan minik avtomobillərindən biri isə arxa tərəfdən ona çırpılıb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31