Gəncədə baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlandı
2 Fevral 18:30 HadisəGəncə şəhərində baş verən hadisə ilə əlaqədar 02.02.2026-cı il tarixində saat 17:00 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının məlumatına əsasən, müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
"Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digərinin orta ağır qiymətləndirilir", - məlumatda bildirilib.
Qeyd edək ki, Gəncə şəhərində kanalizasiya quyusu yaxınlığında qaynaq işi görülərkən partlayış baş verdiyi barədə mediada xəbərlər yayılıb.
--------
Gəncədə kanalizasiya xətti partlayıb.
Olaylar.az xəbər verir ki, kanalizasiya xətlərində qaynaq işləri aparılan zaman anidən partlayış qeydə alınıb. Bu zaman 1984-cü il təvəllüdlü A.Zamanov, 1968-ci il təvəllüdlü Ərəstun adlı şəxs və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə aidiyyatı qurumlara əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.(Unikal.az)