İlham Haqverdiyevə yekun ittiham verildi
13:03 HadisəMüdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Mayor İ.Haqverdiyev həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiyasında 8 ildən 12 ilə kimi həbs cəzası nəzərdə tutulur.
Qeyd edək ki, Haqverdiyev Respublika Hərbi Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihamda yazılıb ki, o, rüşvət qarşılığında bir neçə mülki şəxsi istirahət evinə işə düzəldib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31