Azərbaycanlı qız həyatını itirdi
19:54 HadisəGürcüstanda azərbaycanlı qız yol qəzasında həlak olub.
Olaylar.az xəbər verir ki, hadisə dünən Qardabani rayonunda baş verib.
Məlumata görə, ötən gün Qardabani rayonunda 1992-ci il təvəllüdlü M.M. adlı şəxs alkoqollu içkinin təsiri altında idarə etdiyi avtomobillə 2007-ci il təvəllüdlü Aidə Qurbanovanı vurub. Aldığı xəsarətlərdən gənc qız hadisə yerində ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sürücünü yol qəzasından sonra "isti izlər"lə saxlayıblar.
Faktla bağlı istintaq aparılır. Törədilmiş cinayət əməlinə görə 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. (sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31