Qəbələ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün rayon ərazisindəki daş karxanalarının birində işləyən fəhlə 47 yaşlı Səxavət Abdullayev ehtiyatsızlıqdan dəzgahın lentinə düşüb. O aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31