Məhkəmə sədrinin oğlu arvadını uşağının gözü qarşısında bıçaqlayıb - Təfərrüat
26 Yanvar 23:00 HadisəXəbər verdiyimiz kimi, Bakıda dəhşətli ailə faciəsi yaşanıb.
Ötən gün Bakıda yaşanan ailə faciəsi ilə bağlı "Unikal" bəzi maraqlı faktlar əldə edib.
Belə ki, Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu hadisəni uşaqlarının gözü qarşısında törədib. Əldə etdiyimiz məlumata görə, o, arvadına 20 bıçaq zərbəsi vurub. O hadisəni törədəndən sonra yaşadığı 10-cu mərtəbədən 16-cı mərtəbəyə qalxaraq gözləyib. Artıq hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrkən o, özünü 16-cı mərtəbədən yerə ataraq intihar edib.
Qadının vəziyyətinin ağır olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31