Astara rayonunda 3,1 maqnitudada zəlzələ olub.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Yeraltı təkanlar Astara stansiyasından 18 km qərbdə qeydə alınıb.
Zəlzələnin episentri 4 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.