Bakıda avtomobillərdən maqnitofon oğurlayan şəxs ələ keçdi
18:10 HadisəPaytaxtın Nəsimi və Qaradağ rayonlarında müxtəlif vaxtlarda 5 avtomobildən maqnitofon oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə,hadisələr zamanı zərərçəkənlərə ümumilikdə 2144 manat maddi ziyan vurulub.
Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı Y.İbrahimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31