Tovuzda vəzifəli şəxsə iş yerində xəsarət yetirdilər
15:24 HadisəTovuzda qadına kəcisi alətlə xəsarət yetirilib.
APA xəbər verir ki, hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb.
Xəsarət alan şəxsin kənddəki Körpələr evinin müdiri 1982-ci il təvəllüdlü Ş.Abdullayeva olduğu bildirilir. İlkin məlumata görə, keçmiş həyat yoldaşı işdə ona kəcisi alətlə xəsarət yetirib. Qadına tibbi yardım edilib, vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31