Azərbaycanda çəkilən bir video sosial şəbəkələrdə böyük maraq və müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, görüntülərdə bir kişinin soyuq havaya baxmayaraq su kanalına girdiyi və ora atılmış çoxsaylı bağlı qıfılları sudan çıxardığı əks olunub. Kişi kanaldan topladığı cadu niyyəti ilə atılmış qıfılları daha sonra açaraq nümayiş etdirib. Onun bu addımını izləyənlər bəyənib.
Sözügedən video qısa zamanda sosial mediada sürətlə yayılaraq müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər bunu maraqlı və cəsarətli addım kimi qiymətləndirib, digərləri isə təhlükəli olduğunu bildirərək tənqid ediblər.