İrana məxsus yük gəmisi Xəzərdə qəzaya uğradı

Xəzər dənizində İrana məxsus yük gəmisi qəzaya uğrayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkmənistanın XİN məlumat yayıb.

Bildirilib ki, yanvarın 14-də Türkmənistanın Sahil Mühafizə xidmətinə Xəzərdə qəzaya uğramış "Rona" yük gəmisindən SOS siqnalı daxil olub.

"Dənizçilik qaydalarını tənzimləyən beynəlxalq normalara uyğun olaraq, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ilə məşğul olan Türkmənistanın dövlət qurumları tərəfindən insanların xilas edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Vaxtında həyata keçirilmiş əməliyyatlar nəticəsində gəmidə olan 14 nəfərin hamısı xilas edilib. İlkin məlumata görə, onlar İran və Hindistan vətəndaşlarıdır",- deyə bəyanatda qeyd olunub.

Hazırda Türkmənistan tərəfi beynəlxalq qaydalarda nəzərdə tutulan müvafiq prosedurları həyata keçirir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31