Məşhur müğənni 34 yaşında vəfat etdi
05:47 HadisəLatın Amerikası musiqisinin ən məşhur simalarından biri, 34 yaşlı Yeison Ximenez Kolumbiyada baş verən qorxulu təyyarə qəzasında həlak olub. Sənətçinin ölümü ilə bağlı yayılan görüntülər və detallar pərəstişkarlarını kədərə boğub.
Milli.Az xəbər verir ki, müğənni və komandasını daşıyan kiçik özəl təyyarə uçuşdan qısa müddət sonra texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Təyyarə yerə çırpıldıqdan sonra alovlanıb. Hadisə yerinə gələn xilasedicilər təyyarənin içindəki heç kəsi, o cümlədən məşhur müğənnini xilas edə bilməyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31