Musavat.com-un apardığı araşdırmaya əsasən, axtarışa verilənlərdən ən cavanı 34 yaşındadır. Ziyad Hüseynli adlı şəxs Azərbaycan tərəfindən axtarışa verilib.
O, sərxoş vəziyyətdə və ya sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etmə, yol hərəkəti qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma, yol-nəqliyyat hadisəsi yerindən qaçmada ittiham olunur.
Axtarışda olan ən qocaman azərbaycanlı 64 yaşındadır. Lütfiyar Nəsibov Qulu oğlu 1960-cı ildə Ermənistanda doğulub. Rusiya və Azərbaycan vətəndaşlığı var. O qrant alınmasında fırıldaqçılıqda, kreditləşmə sahəsində saxtakarlıqda təqisirli bilinir. Rusiya tərəfindən axtarışa verilib.
Axtarışda olanlar arasında xanımlar da var. Ruhəngiz Orucova Azərbaycanda doğulub, 38 yaşındadır və insan alverinə görə Azərbaycan tərəfindən axtarışa verilib. O, insan alveri qurbanını Azərbaycan sərhədindən təkrar gətirmədə ittiham olunur.

Rusiya tərəfdən axtarışa verilən azərbaycanlı xanım da var. Onun 44 yaşı olduğu qeyd edilir. Azərbaycanda doğulub, ingilis rus dillərində sərbəst danışır. O, terror təşkilatının fəaliyyətində iştirakda, xarici dövlətin ərazisində, bu dövlətin federal qanununda nəzərdə tutulmayan silahlı birləşmədə ölkənin maraqlarına zidd məqsədlərlə iştirakda ittiham olunur.
Rusiyanın axtarışa verdiyi azərbaycanlıların sayı 35 nəfərdir. Cinayətkar Çingiz Cahangirov 1979-cu il avustun 30-da doğulub. O, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq adam öldürməyə cəhddə, odlu silahın və onun əsas hissələrinin qanunsuz əldə edilməsi, başqasına verilməsi, saxlanması və daşınmasına görə axtarışa verilib.
Beynəlxalq miqyasda axtarılan azərbaycanlı Fazil Kərimov 1993-cü ildə doğulub. O, xüsusi iri miqyaslı dələduzluqda təqsirləndirilir.

Rəhim Xəlilov 1981-ci ildə Azərbaycanda doğulub. Rusiya tərəfindən qətl və ya zorakılıq, reketçilik və ya banditizmlə müşayiət olunan soyğunçuluğa görə axtarışa verilib.
Zaur Quliyev 1983-cü ildə Azərbaycanda doğulub. Terror fəaliyyətinə görə axtarışdadır.
Aleksand Baturinin həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı var. 1982- ci ildə Azərbaycanda doğulub. O terror fəaliyyətinə cəlb olunmğa cəhddə günahlandırlır. Mansurov Süleyman 1969-cu ildə Cəlilbadda doğulub. O, yetkinlik yaşına çatmayanlara qarşı təcavüzdə ittiham olunur. Rusiya tərəfindən axtarışa verilib. Kamal Fətullazadə 1965-ci ildə Lənkəranda doğulub. O qətl törətməyə, zorlanmaya görə Rusiya tərəfindən axtarışa verilib. Azər ömərov 1983-cü ildə bakıda doğulub, qanunsuz silahlı birləşmələrdə iştiraka görə Rusiya tərəfindən axtarışa verilib.

