2-ci sinif şagirdi dəm qazından öldü
7 Yanvar 18:45 HadisəAbşeron rayonunun Saray qəsəbəsində şagird dəm qazından boğulub.
Olaylar.az report-a istinadən xəbər verir ki, H.Axundov adına 3 nömrəli məktəbin 2-ci sinif şagirdi Dadaşzadə Tahir Tamerlan oğlu yaşadığı evdə dəm qazı səbəbindən ölüb.
Hadisə zamanı uşağın anasının da dəm qazından zəhərləndiyi, vəziyyətinin ağır olduğu bildirilir. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31