Baba, nənə və azyaşlı nəvə dəm qazından zəhərləndi - Ölən var

Qusar rayonunda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib, ölən var.

Hadisə yanvarın 7-də gecə saatlarında baş verib. 1962-ci il təvəllüdlü Riman Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü E.Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərləniblər.

R.Əlsultanov hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Araşdırma aparılır.//APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31