Bakıda müəmmalı olay: meyvə satarkən zəhərlənib öldü

Bakıda zəhərlənmədən ölüm faktı qeydə alınıb. 

Olaylar.az bildirir ki, hadisə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. 

Qəsəbə ərazisində yerləşən meyvə mağazasında işləyən Ordubad rayon sakini, 24 yaşlı Turqut Əbil oğlu Nəsirli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31