Silahla ehtiyatsız davranan leytenant həlak oldu

Sentyabrın 22-də Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib. 

Olaylar xəbər verir ki, 23 yaşlı leytenant xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Xəstəxanaya çatdırılan hərbi qulluqçu göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib. 

Faktla bağlı araşdırma aparılır. 

Məlumatı DİN-in Mətbuat Xidmətindən saytımıza təsdiqləyiblər. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31