Zaqatalada 9 kq narkotik dövriyyədən çıxarıldı

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 30 yaşlı Mirtalib Əşrəfov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Olaylar-a bildirilib ki, ondan 9 kiloqram marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31