Nəsiman Yaqublunun öldüyü yol qəzası ilə bağlı cinayət işi BAŞLANDI
26 Avqust 2024 11:25 HadisəTarixçi alim, professor Nəsiman Yaqublunun düşdüyü avtomobil qəzası ilə bağlı cinayət işi başlanıb.
Olaylar.az-ın xəbərinə görə, faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma gedir.
Qeyd edək ki, Nəsiman Yaqubıu ötən gün Cəbrayıl rayonunun Quycaq kəndi ərazisində yol qəzasında ölüb. Onun idarə etdiyi "Nissan" markalı avtomobil idarəetməni itirərək yol kənarına aşıb.
Nəsiman Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Deputatlığa namizəd olan Nəsiman Yaqublu Zəngilanda seçicilərlə görüşdən qayıdırmış. (apa)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31