Azərbaycanlı zəvvarlar İraqda öldü, orada dəfn edildilər - VİDEO
23 Avqust 2024 10:45 Hadisəİraqda azərbaycanlı zəvvar vəfat edib.
Olaylar Kərbəla ziyarətində olan zəvvarlarımızdan biri piyada səfəri zamanı dünyasını dəyişib.
Yaxınlarının sosial şəbəkələrdə yaydığı məlumata əsasən, Göyçay rayon sakini, Kərbəlayi Elşən kimi tanınan həmyerlimiz Kərbəla şəhərinə daxil olarkən qəfil vəfat edib. O, elə Kərbəla şəhərində dəfn olunub.
Bundan başqa Nəcəf şəhərində Bakı şəhər sakini Hacı Rafiq adlı azərbaycanlı zəvvar da vəfat edib. O da öldüyü şəhərdə dəfn edilib. (Qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31