Bülbülün Şuşadakı ev-muzeyinin direktoru ziyarətçiləri qovdu
22 Avqust 2024 16:01 HadisəBülbülün Şuşada yerləşən ev-muzeyinin direktoru Ülviyə Hüseynova ziyarətçilərə qarşı çox kobud davranış nümayiş etdirib.
Olaylar bildirir ki, Axar.az-ın əməkdaşının verdiyi məlumata görə, o, nahar fasiləsini bəhanə edərək ev-muzeyini qapısını bağlayıb, ziyarətçiləri oradan çıxarıb.
"Bülbülün ev-muzeyini ziyarət etməyə gəlmişik. Burada ev-muzeyin direktoru olduğunu deyən Ülviyə Hüseynova adlı xanım saat 2-də nahar fasiləsinə çıxdığını bildirib, muzeyi bağladı. Üstəlik, sanki insanların ona borcu varmış kimi çox qaba və tərbiyəsiz şəkildə rəftar edərək, ziyarətçiləri həyətdən çıxardı", - məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31