Azərbaycanda 34 yaşlı polis qəfil öldü
21 Avqust 2024 15:26 HadisəAğdamda 34 yaşlı polis nəfəri vəfat edib.
Olaylar bildirir ki, 1990-cı il təvəllüdlü, Ağdam rayon Polis Şöbəsinin polis nəfəri Tural Fazil oğlu Niftəliyev ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Tural Niftəliyevin xidmətdən kənar vaxtda yaşadığı evdə qəfl halı pisləşib. Onun yaşadığı ünvana təcili tibbi yardım briqadası gəlsə də, 34 yaşlı polis əməkdaşını xilas etmək mümkün olmayıb. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31