Meyiti tapılan iş adamı ilə bağlı YENİ TƏFƏRRÜAT: "Qardaşı pəncərəni qırdı…"

Paytaxtın Nəsimi rayonu Alı Mustafayev küçəsi, 11 ünvanında baş verən hadisəsinin bəzi təfərrüatı məlum olub.

Olaylar xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, əslən Biləsuvar rayonundan olan, 1979-cu il təvəllüdlü Sədi Zöhrablı həyatını özü sonlandırıb.

Hadisə yerinə ilk olaraq qardaşının gəldiyi bildirilib. O, pəncərəni qıraraq qapını açıb, qardaşını xilas etməyə çalışsa da, alınmayıb.

Qeyd edilib ki, "Atasığorta" şirkətinin "Memar Əcəmi" filialının rəhbəri olan S.Zöhrablı ailəli olub və üç övladı var.

Məlumat üçün bildirək ki, Sədi Zöhrablının atası Fail Məmmədov Əməkdar həkimdir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31