İşğaldan azad edilmiş ərazilərimizdə tapılan minaların sayı açıqlanıb

10 noyabr 2020-ci il tarixindən 31 iyul 2024-ci il tarixinədək işğaldan azad edilmiş ərazilərdə ANAMA, Müdafiə Nazirliyi, FHN, DSX, 4 milli kommersiya şirkəti və milli QHT "Beynəlxalq Avrasiya Mətbuat Fondu" (BAMF) tərəfindən 152 619 hektar ərazi minalardan və PHS-dən təmizlənib.

Minatəmizləməyə indiyədək nə qədər vəsait xərclənib?

Olaylar xəbər verir ki, bunu "Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi" adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O bildirib ki, əməliyyatlar ANAMA-nın Horadiz əməliyyat mərkəzi, Ağdam,Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Xocavənd rayonlarında və Hadrut qəsəbəsində fəaliyyət göstərən mobil bazalarla yanaşı Şuşa və Xankəndi düşərgələrindən idarə olunur.

Minatəmizləmə əməliyyatları üzrə göstəricilər (10.11.2020 - 31.07.2024)

Piyadalar əleyhinə mina

32 940

Tank əleyhinə mina

19 956

PHS

73 767

Cəmi

126 663

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31